Türkiyə və Ukraynanın müdafiə nazirləri Ukraynanı müzakirə ediblər

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı
Aleksey Reznikov ilə telefon danışığı aparıb.

AzerTimes-ın
məlumatına görə, Türkiyə Müdafiə Nazirliyinin mətbuat xidməti öz “Twitter” səhifəsində yazıb.

H.Akar Ukraynadakı döyüş bölgələrindən quru və dəniz yolu ilə
Türkiyə vətəndaşları da daxil olmaqla mülki şəxslərin təxliyyəsinin
təcili olduğunu vurğulayıb.

Türkiyə Müdafiə Nazirliyinin rəhbəri dərhal atəşkəs elan
edilməsinin vacibliyini də qeyd edib.

Bundan əlavə, nazir Ukrayna limanlarında yerləşən türk ticarət
gəmilərinin təhlükəsiz geri qayıtmasının vacibliyini qeyd edib.

Hulusi Akar bildirib ki, Ankara bundan sonra da Ukrayna xalqına
hər cür humanitar yardım göstərməyə hazırdır.

Teqlər: