Türkiyə və Ukrayna müdafiə nazirləri Mariupoldan təxliyə məsələsini müzakirə ediblər

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı
Aleksey Reznikov ilə telefon danışığında Ukraynanın Mariupol
şəhərindən və digər yaşayış məntəqələrindən dinc əhalinin həm
dəniz, həm də quru yolu ilə tez və təhlükəsiz şəkildə təxliyyəsinin
vacibliyini vurğulayıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin
mətbuat xidməti bildirib.

Akar diplomatik həlli təşviq etmək və daha çox qan tökülməsinin
qarşısını almaq üçün dərhal atəşkəsə ehtiyac olduğunu qeyd
edib.

Türkiyəli nazir bildirib ki, Ankara humanitar yüklərin Ukraynaya
çatdırılması üçün bundan sonra da əlindən gələni etməyə
hazırdır.

Teqlər: