Türkiyə və Rusiya razılaşdı: sxem hazırdır!

Türkiyə və Rusiya razılaşdı: sxem hazırdır!

Ukrayna, Rusiya və Türkiyə taxıl daşıyan gəmilərin Odessa limanından hərəkətinin ilkin sxemi barədə razılığa gəliblər.

AzerTimes xəbər verir ki, bu barədə “İzvestiya”ya yüksək vəzifəli şəxs bildirib.

“Ukraynanın ərazi sularında Türkiyə hərbçiləri minalardan təmizləmə ilə məşğul olacaq, onlar həmçinin gəmiləri neytral sulara qədər müşayiət edəcəklər. Orada rus gəmiləri qarşılanacaq və İstanbul boğazına qədər müşayiət olunacaq. Hələlik bu sxem yalnız Odessa üzrə razılaşdırılıb”, – mənbə qeyd edib.

Bildirilir ki, Ukrayna akvatoriyanın razılaşdırılmış hissəsindən minaları təmizləmək və “taxıl dəhlizi” yaratmaq üçün Türkiyə gəmilərinin öz ərazi sularına buraxılmasına razılaşıb:

“Sxem Türkiyə və Ukrayna ilə razılaşdırılıb, gəmilərin dəqiq marşrutunu müəyənləşdirmək qalır”.

Qeyd olunur ki, iyunun 8-9-da “yol xəritəsi” təsdiq olunacaq. Danışıqlarda BMT nümayəndələri də iştirak edəcək.

Teqlər: