Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov arasında telefon danışığı olub.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Milli Təhlükəsizlik Nazirliyindən bildiriblər.
Məlumata əsasən, telefon danışığı zamanı tərəflər təhlükəsizlik sahəsində aktual məsələlər ətrafında fikir mübadiləri aparıblar.