Britaniyada koronavirusa 40 minə yaxın yeni yoluxma halı qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 39 329 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 9 406 001 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan 214 nəfər, hazırkı dövrədək isə 142 338 nəfər vəfat edib.