Türkiyə və Qətər “Taliban”ın administrasiyası ilə Kabildəki Həmid Kərzai adına Beynəlxalq Hava Limanını və Əfqanıstandakı digər dörd hava limanını idarə etmək üçün prinsipial razılığa gəliblər.
AzerTimes-ın məlumatına görə, bu barədə diplomatik mənbələrdən məlumat verilib.
Türkiyə-Qətər heyəti Kabildən Dohaya yola düşəcək və orada birgə işlərinə davam edəcəklər.
Kabildə yerləşən Həmid Kərzai adına Beynəlxalq Hava Limanı strateji əhəmiyyətə malikdir və Əfqanıstanın xarici dünyaya əsas hava qapısı hesab olunur.