Türkiyə və Moldova prezidentləri arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan moldovalı həmkarı Maya
Sandu ilə telefon danışığı aparıb.

AzerTimes-ın
məlumatına görə, bununla bağlı Türkiyə Prezidenti
Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

R.T.Ərdoğan Türkiyənin Ukraynada sülhün bərqərar olması üçün
bütün lazımi səyləri göstərəcəyini vurğulayıb.

Türkiyə prezidenti bildirib ki, Türkiyənin xarici işlər naziri
Mövlud Çavuşoğlunun iştirakı ilə martın 10-da Antalyada Rusiya və
Ukrayna xarici işlər nazirlərinin bir araya gəlməsi sülhə gedən
yolda müəyyən həddə çatmaq üçün yardımçı olacaq.