Türkiyə və İran prezidentləri ikitərəfli münasibətləri müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı aparıb

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə prezidenti administrasiyasının Əlaqələr İdarəsindən bildirilib.

Məlumata əsasən, danışıq zamanı Türkiyə ilə İran arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi yolları müzakirə edilib.


Liderlər regional proseslərlə bağlı fikir mübadiləsi aparıblar.