Türkiyə və BƏƏ XİN rəhbərləri Ukraynadakı vəziyyəti müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əbu-Dabidə
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) XİN rəhbəri Şeyx Abdullah Bin
Zayed Əl Nəhyan ilə görüşüb.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə XİN rəhbəri özünün “Twitter” səhifəsində yazıb.

“Görüşdə Türkiyə ilə BƏƏ arasında ikitərəfli əlaqələr, o
cümlədən regionda, əsasən də Ukraynada baş verən cari proseslər
müzakirə edilib”, – deyə M.Çavuşoğlu bildirib.