Türkiyə Ukrayna ilə Rusiya arasındakı gərginliyi diqqətlə izləyir – Akar

Türkiyə Ukrayna ilə Rusiya arasındakı gərginliyi diqqətlə
izləyir.

AzerTimes-ın
məlumatına görə, bu barədə Münhen Təhlükəsizlik Konfransı başa
çatdıqdan sonra Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar
bildirib.


“Orada hərbi fəaliyyət müşahidə olunur. Bu fəaliyyətin müəyyən
nəticələri var. Bu barədə mətbuatda da xəbərlər var. Onları
qiymətləndirərkən çox diqqətli olmaq lazımdır. Çünki
dezinformasiya, saxta xəbərlərə rast gəlinir. Ona görə də bəzi
arzuolunmaz halların baş verməsinin qarşısını almaq lazımdır”, –
deyə nazir qeyd edib.

Teqlər: