Türkiyə “Tayfun”u ikinci dəfə sınaqdan keçirdi

Türkiyə “Tayfun”u ikinci dəfə sınaqdan keçirdi

Türkiyə “Tayfun” yaxınmənzilli raketinin ikinci sınağını keçirib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, Rizə-Artvin hava limanı ərazisində baş tutan sınaq uğurlu olub.

Bildirilib ki, belə test uçuşları adətən Sinopda həyata keçirilir. Hazırkı sınağın Rizədə baş tutması isə təsadüfi deyil. Çünki uçuşun Sinopda həyata keçirilməsi Türkiyənin Ukrayna və Rusiyanın hava sərhədlərini pozması deməkdir.

Qeyd edək ki, “Tayfun”un ilk sınağı 2022-ci il oktyabrın 22-də baş tutmuşdu.

Teqlər: