Türkiyə sualtı qayığı yerli raketin sınaq atışını keçirib (VİDEO)

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyə Hərbi-Dəniz Qüvvələrinə məxsis “Gür” (S-334) sualtı qayığından Türkiyə istehsalıolan “AKYA” raketinin sınaq atışı keçirilib.

AzerTimes-ın məlumatına görə, atış Mərmərə dənizində həyata keçirilib.

Türkiyə Milli Müdafiə Nazirliyi öz bəyanatında həmin raketlərin bütün “Gür” sinifli sualtı qayıqlara inteqrasiya olunacağını bildirib.


Qeyd olunur ki, 2021-ci ildə AKYA raketlərinin seriyalı istehsalına başlanması planlaşdırılır.

Teqlər: