Türkiyə şirkətləri Qarabağa investisiya qoyuluşunu artırır

Türkiyə şirkətləri Qarabağa investisiya qoyuluşunu artırır

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin Qəyyumlar Şurasının və İdarə Heyətinin sədri Aygün Attarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AzerTimes xəbər verir ki, görüşdə Türkiyə şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizə investisiya qoyuluşunun artırılması müzakirə edilib.

Qeyd edilib ki, qardaş ölkə ilə birgə infrastruktur layihələrinin həyata keçirilməsi çoxtərəfli iqtisadi-ticarət və investisiya tərəfdaşlığının genişləndirilməsinə əhəmiyyətli töhfə verəcək.

Teqlər: