Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında antiterror əməliyyatı keçirib

Xəbər - Humay Ağacanova -Trend:

Türkiyə Milli Müdafiə Nazirliyi terrorçuların, Suriyanın şimalına olan hücum cəhdinə qarşı antiterror əməliyyatı keçirildiyini bildirib.

AzerTimes-ın məlumatına görə, əməliyyat nəticəsində 4 PKK terrorçusu zərərsizləşdirilib.

Qeyd edək ki, dünən Türkiyənin Suriya və İraqın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində ümumilikdə 10 PKK terrorçusu zərərsizləşdirilib.