Türkiyə şəhidin qisasını aldı, 13 terrorçu məhv edildi

Türkiyə şəhidin qisasını aldı, 13 terrorçu məhv edildi

14:51

Türkiyənin Şanlıurfa vilayətinin Birecik rayonundakı Çiçəkalan sərhəd məntəqəsinə terrorçular tərəfindən hücum edilib.

AzerTimes xəbər verir ki, bu barədə Şanlıurfa valisi Saleh Ayxan məlumat verib.

Terrorçuların hücumu nəticəsində 1 əsgər şəhid olub, 4 əsgər isə yaralanıb.

***

Türkiyə ordusu dərhal bölgədə hərbi əməliyyatlara başlayıb.

Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, əməliyyatlar nəticəsində 13 terrorçu məhv edilib.

Bölgədə hərbi əməliyyatlar davam edir.

Teqlər: