Türkiyə sahillərində 4,2 bal gücündə zəlzələ olub

Egey dənizində Türkiyənin sahillərində 4,2 bal gücündə zəlzələ olub.

Trend Türkiyənin Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla xəbər verir ki, yeraltı təkanların episentri Datça rayonu yaxınlığında, ocağı isə 7 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.