Türkiyə Rusiyadan təyyarə icarəyə götürdü

Türkiyə Rusiyadan təyyarə icarəyə götürdü

Türkiyənin Çanaqqala vilayətindəki meşə yanğınlarının söndürülməsinə 8 təyyarə, 26 helikopter, 639 texnika və 2 min 700 nəfər şəxsi heyət cəlb edilib.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaqlı deyib.

“Yanğının irəliləməsi dayandırılmış vəziyyətdədir. Günortadan sonra vəziyyət daha aydın şəkildə bəlli olacaq. Yanğının söndürülməsinə cəlb olunan təyyarələrdən biri Rusiyadan icarəyə götürülən böyük tonnajlıdır. İndiyə kimi 337 evin olduğu və 1251 nəfərin yaşadığı 9 kənd təxliyə edilib, 83 nəfər yaşlı vətəndaşımız xəstəxanalara çatdırılıb. Çanaqqala boğazı hazırda ikitərəfli şəkildə gəmilər üçün bağlanıb”, – nazir bildirib.

Teqlər: