Türkiyə Rusiyadan Suriyaya uçan təyyarələr üçün hava məkanını bağlayıb

Türkiyə Rusiyadan Suriyaya uçan təyyarələr üçün hava məkanını
bağlayıb.

Trend yerli
KİV-ə istinadla xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri
Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, hava məkanı həm hərbi, həm də mülki
aviasiya üçün bağlanıb. Nazir qeyd edib ki, sözügedən uçuşlar
üçaylıq icazələr əsasında həyata keçirilib.

“Aprelə qədər verilmiş icazə vaxtı bitib. Hazırda uçuşlar
dayandırılıb”, – M.Çavuşoğlu vurğulayıb.

Teqlər: