Türkiyə Rusiya ilə Ukrayna arasında müzakirələrə ev sahibliyi etməyə hazırdır – Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı
həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

AzerTimes-ın Türkiyə KİV-ə
istinadən məlumatına görə, nazirlər Ukraynadakı son vəziyyəti
müzakirə ediblər.

M.Çavuşoğlu Türkiyənin Rusiya ilə Ukrayna arasında
gerçəkləşdirilə biləcək müzakirələrə ev sahibliyi etməyə hazır
olduğunu deyib.