Türkiyə qırıcıları Bakı səmasında (VİDEO)

Bu gün səhər saatlarında Türkiyə qırıcıları Bakı səmasında
görünüb.

Trend xəbər
verir ki, bu da vətəndaşların böyük marağına səbəb olub.
Qırıcıların təlim uçuşları paytaxt sakinləri tərəfindən maraqla
qarşılanılıb.

Qeyd edək ki, mayın 26-da Azərbaycanda “Teknofest” festivalının açılış mərasimi
keçiriləcək.

Festivalın açılış mərasimində müxtəlif şou proqramlarla bərabər
hava şoularının da keçirilməsi nəzərdə tutulur. Hava şoularında
Azərbaycan Hərbi Hava Qüvvələrinin “SU-25” və “MiQ-29” qırıcı
təyyarələrinin, eləcə də Türkiyənin “F-5 Türk Ulduzları” və “F-16
Solo Türk” aerobatika komandalarının, nümunəvi pilotaj uçuşları,
“Hurkush Fighter” təlim təyyarələrinin, ATAK helikopterlərinin demo
uçuşları daxildir.

Qeyd edək ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçiriləcək.

Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və
Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3
Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda
“Teknofest” in “prodakşn” ofisi fəaliyyət göstərir. Ofisin tam
heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi
Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı
və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl
şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il
keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Teqlər: