Türkiyə və Almaniya “Eurofighter” qırıcılarının satışı müqabilində Berlinə Türkiyə istehsalı olan PUA-nın tədarükü imkanını müzakirə edib.
AzerTimes xəbər verir ki, bu barədə “Hürriyyət” qəzeti məlumat yayıb.
“Yeri gəlmişkən, Türkiyə Prezidenti Ərdoğanla Almaniya kansleri Şolts arasında şam yeməyi müsbət atmosferdə keçib. Şolts Ərdoğana qarşı çox hörmətlə davranıb. Gündəmə “Eurofighter” təyyarələri müqabilində PUA-ların satışı da daxil edilib”, – məlumatda deyilir.
Qeyd edək ki, Türkiyə Avropanın əsas döyüş təyyarəsi olan “Tayfun”dan (Eurofighter Typhoon) 40 ədəd almaq istəyir.