Xəbər - Orxan Nəbiyev – Trend:
Türkiyə hökuməti Rusiyanın “Qazprom” şirkəti ilə ölkəyə qaz tədarükünün artırılması ilə bağlı danışıqlar aparır.
Trend-in məlumatına görə, bunu Türkiyənin energetika və təbii ehtiyatlar nazirinin müavini Alparslan Bayraktar Birləşmiş Ərəb Əmirliklərində davam edən ADIPEC-2021 beynəlxalq neft-qaz sərgisi çərçivəsində deyib.
O bildirib ki, 2022-ci ildə “Türk axını” qaz kəmərinin 9,75 milyard kubmetr həcmində əlavə buraxılış gücü olacaq.
Nazir müavini əlavə edib ki, Türkiyə 2021-ci ilin yekunlarına əsasən Rusiyadan 20 milyard kubmetr qaz tədarükü gözləyir.