Azərbaycan və Türkiyə qiymətli kağızların qarşılıqlı ticarətini təşkil edəcək

Xəbər - Fərid Zöhrabov -Trend:

Azərbaycan və Türkiyə qiymətli kağızların qarşılıqlı ticarətinin təşkil olunmasında razılığa gəliblər.

AzerTimes-ın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

E.Rüstəmov bildirib ki, Türkiyə dövləti, onun maliyyə infrastrukturu ilə geniş əməkdaşlıq edirlər.

“Razılığa gəlmişik ki, Türkiyənin “İstanbul Fond Birjası”nda listinqdə olan qiymətli kağızlar “Bakı Fond Birjası”da, Azərbaycana məxsus qiymətli kağızlar isə Türkiyə birjasında ticarət olunsun” – deyə o bildirib.

E.Rüstəmov bildirib ki, böyük şirkətlərlə bizim əməkdaşlığımız davam edir. Onlar öz qiymətli kağızlarını buraxmaq istəyirlər.

“Sığorta bazarında inkişaf potensialı böyükdür. 2022-ci il yeni sosial iqtisadi strategiyası yeni on illiyin başlanğıc ilidir” – deyə Elman Rüstəmov qeyd edib.

Teqlər: