Türkiyə Qara dənizdə üçtərəfli təşəbbüsə start verdi

Türkiyə Qara dənizdə üçtərəfli təşəbbüsə start verdi

Qara dənizdə sülhün və sabitliyin bərpası bütün dünya, xüsusilə də sahilyanı dövlətlər üçün vacibdir.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ölkə mediasına açıqlamasında deyib.

“Türkiyə olaraq Qara dənizdə tarazlığı təmin edən Montrö Konvensiyasını diqqətlə, məsuliyyətli və qərəzsiz şəkildə həyata keçiririk və keçirməkdə davam edəcəyik. Digər tərəfdən, ölkəmizin liderliyi ilə Qara dənizdə mina təhlükəsinə qarşı Türkiyə, Bolqarıstan və Rumıniyanın da daxil olduğu “üçtərəfli təşəbbüs”ə start vermişik”, – nazir açıqlayıb.

Teqlər: