Türkiyə Putinlə Zelenskinin görüşünü təşkil etməyə hazırdır

Türkiyə Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə
Volodimir Zelenskinin görüşünü təşkil etməyə hazırdır.

Trend-in
məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud
Çavuşoğlu Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı
deyib.

“Biz iki ölkə liderinin görüşünü böyük məmnuniyyətlə keçirməyə
hazırıq”, – M.Çavuşoğlu bildirib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib
Ərdoğan da prezidentlərin görüşünün Türkiyədə keçirilməsini təklif
etmişdi.

(Tərcümə: Orxan Nəbiyev)