Türkiyə Putinin bu təklifini alqışladı

Türkiyə Putinin bu təklifini alqışladı

Türkiyə tərəfi Rusiya Prezidenti Vladimir Putinin təklifi ilə qaz qovşağı yaratmağa hazırdır.

AzerTimes xəbər verir ki, bunu İstanbul Enerji Birjasının rəhbəri Əhməd Türkoğlu deyib.

O bildirib ki, Türkiyənin mübadilə infrastrukturu yeni böyük qaz qovşağı yaratmağa qadirdi:

“Bu (Niderland) TTF kimi birjalara bənzəməlidir. Türkiyədə infrastruktur həm spot ticarət, həm də fyuçers bazarı üçün hazırdır”, – o bildirib.

Qeyd edək ki, bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putin “Şimal axını”nda itirilmiş qazın Türkiyəyə təhvil verilməsi təklifi ilə çıxış edib. Qovşaq Avropanın ən böyük mərkəzinə çevrilə bilər. Rusiya Prezidentinin təklifini Türkiyənin Energetika Nazirliyinin rəhbəri Fateh Dönməz dəstəkləyib.

Teqlər: