Türkiyə PUA-ları İraqın şimalında 3 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Qara
rayonunda 3 terrorçunu zərərsizləşdirib.

Trend xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyindən
bildiriblər.

“Milli Müdafiə Nazirliyi və Milli Kəşfiyyat Təşkilatının
koordinasiyalı işi nəticəsində İraqın şimalındakı Qara rayonunda 3
terrorçu zərərsizləşdirilib. Terrorçular PUA zərbəsi nəticəsində
zərərsizləşdirilib”, – deyə Nazirlikdən bildirilib.