Türkiyə prezidentinin yeni baş müşaviri təyin edilib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə prezidentinin yeni baş müşavirinin təyin edilməsi haqqında fərman imzalayıb.

AzerTimes-ın məlumatına görə, müvafiq sənəd “Resmi Gazete”də dərc olunub.

Fərmana əsasən, yeni baş müşaviri vəzifəsinə Yekta Saraç təyin edilib. O, bundan əvvəl Türkiyə Ali Təhsil Şurasının rəhbəri vəzifəsində çalışıb.