Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə prezidentinin yeni baş müşavirinin təyin edilməsi haqqında fərman imzalayıb.
AzerTimes-ın məlumatına görə, müvafiq sənəd “Resmi Gazete”də dərc olunub.
Fərmana əsasən, yeni baş müşaviri vəzifəsinə Yekta Saraç təyin edilib. O, bundan əvvəl Türkiyə Ali Təhsil Şurasının rəhbəri vəzifəsində çalışıb.