Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana işgüzar səfəri başa çatıb

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın
Azərbaycan Respublikasına işgüzar səfəri mayın 28-də başa
çatıb.

AzerTimes xəbər verir
ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev
Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi
düzülmüşdü.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana xatirə hədiyyələri
təqdim olundu.

Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı
Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub
Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər
rəsmi şəxslər yola saldılar.

Teqlər: