Türkiyə Prezidenti Özbəkistanda rəsmi səfərdədir (FOTO)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı ilə Özbəkistana
rəsmi səfərə gəlib.

Trend xəbər verir ki, Türkiyə Prezidenti və xanımını İslam
Kərimov adına Beynəlxalq hava limanında Özbəkistanın dövlət başçısı
Şavkat Mirziyoyev və xanımı qarşılayıb.

Özbəkistan və Türkiyə prezidentləri hava limanından Daşkənd
yaxınlığındakı “Yeni Özbəkistan” parkına gediblər.

Rəcəb Tayyib Ərdoğan Şavkat Mirziyoyevlə birgə parkı gəzib,
buradakı Müstəqillik abidəsinə əklil qoyub.

Türkiyə Prezidenti “Yeni Özbəkistan” parkına gələn ilk xarici
ölkə lideridir.

Dövlət başçılarının rəsmi görüşü martın 30-na nəzərdə
tutulub.