Türkiyə Prezidenti Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək.

AzerTimes-ın əldə etdiyi məlumata görə, Füzuli Beynəlxalq Hava Limanında keçiriləcək açılış mərasimində R.T.Ərdoğan da iştirak edəcək.

Xatırladaq ki, Füzuli Beynəlxalq Hava Limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı artıq istismara verilib. Sentyabrın 5-də Füzuli Beynəlxalq Hava Limanına ilk sınaq uçuşu həyata keçirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə Laçın və Zəngilan rayonlarında da beynəlxalq hava limanlarının tikintisi davam edir.

Teqlər: