Türkiyə PKK-nın “rəhbər” şəxsini məhv etdi

Türkiyə PKK-nın “rəhbər” şəxsini məhv etdi

Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) İraqın şimalında yerləşən Qara bölgəsində PKK terror qruplaşmasının “rəhbər” şəxsini məhv edib.

AzerTimes xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Məlumata görə, məhv edilən “Şivan Gever” kod adlı terrorçu Yunus Dəmir İraqda Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı əməliyyatların planlaşdırılması və istiqamətləndirilməsinə şəxsən cavabdeh olub.
Bildirilib ki, Dəmir beynəlxalq axtarışda idi.

Teqlər: