Türkiyə ordusu Suriyanın şimalında növbəti antiterror əməliyyatı keçirib

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında “Fərat qalxanı”
antiterror əməliyyatı bölgəsində daha bir əməliyyat keçirib.

Trend-in
məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi
bildirib.

Qeyd olunur ki, əməliyyat nəticəsində 2 PKK terrorçusu
zərərsizləşdirilib.

Məlumata əsasən, türkiyəli hərbçilər bu əməliyyatla
hazırlanmaqda olan hücumun qarşısını alıb.