Türkiyə ordusu Suriyanın şimalında 19 terrorçunu
zərərsizləşdirib.
Trend xəbər
verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat
yayıb.
Bildirilir ki, PKK/YPG-nin 16 silahlısı “Zeytun budağı”,
qalanları isə “Barış Pinarı” antiterror əməliyyatları zonasında
məhv edilib.
Milli Müdafiə Nazirliyi Türkiyə ordusunun bölgədə terror
təhlükəsini tamamilə aradan qaldırmaq əzmində olduğunu
vurğulayıb.