Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 2 YPG (PKK terror
qruplaşmasının Suriya qolu) terrorçusunu zərərsizləşdirib.
Trend xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə
Nazirliyindən bildiriblər.
Məlumata əsasən, terrorçular “Zeytun budağı” əməliyyatı
zonasında hərbçiləri atəşə tutublar.
“Türkiyə Silahlı Qüvvələri terrorçuların silahlı hücum
cəhdlərinə qarşı cavab tədbirlərini davam etdirir”, – deyə
Nazirlikdən bildirilib.