Stolüstü tennisçilərimiz Türkiyədə təlim-məşq toplanışını davam etdirirlər (FOTO)

Stolüstü tennis üzrə milli komandamız Türkiyədə təlim-məşq
toplanışını davam etdirir.

Azərbaycan Stolüstü Tennis Federasiyasından AzerTimes-a bildiriblər
ki, Türkiyənin Yalova şəhərində təşkil olunan hazırlıq prosesində
Nəzakət Qarayeva, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə
Nurmətova, Emin Məmmədov, Vəzir Allahverdiyev, Nihad Məmmədov və
Adil Əhmədzadə iştirak edirlər.

Komandanın böyük məşqçisi Fərhad İsmayılov və məşqçi Ramil
Cəfərovun rəhbərliyi ilə keçən toplanış mayın 6-dək davam edəcək.
Seçmə komanda hazırlıq proqramına əsasən, daha sonra digər
toplanışlara qatılacaq.

Qeyd edək ki, təlim-məşq toplanışının təşkilində əsas məqsəd
komandamızın İslam Həmrəyliyi Oyunlarına hazırlığının təmin
edilməsidir.

Xatırladaq ki, növbəti oyunlar avqustun 9-18-də Türkiyənin Konya
şəhərində təşkil olunacaq.

Teqlər: