Türkiyə ordusu Suriyada 10 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında davam etdirdiyi
antiterror əməliyyatında daha 10 PKK terrorçusu
zərərsizləşdirilib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə
Nazirliyi bildirib.

Qeyd olunur ki, hərbçilər hücum hazırlığında olan silahlı
qruplaşmanın qarşısını alıb.

Eyni zamanda, Türkiyənin İraqın şimalında həyata keçirdiyi “Pəncə Kilid” əməliyyatında türkiyəli hərbçilər bazalara zərbə
endirmək üçün nəzərdə tutulmuş və partlayıcı maddələrlə yüklənmiş
uçuş aparatını zərərsizləşdirib.

Hər iki bölgədə antiterror əməliyyatları davam etdirilir.