Türkiyə ordusu Suriya və İraqda antiterror əməliyyatları keçirib

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyə Sİlahlı Qüvvələri son sutka ərzində Suriya və İraqın şimalında antiterror əməliyyatları keçirib.

AzerTimes-ın məlumatına görə, əməliyyat nəticəsində ümumilikdə 10 PKK terrorçusu zərərsizləşdirilib.

Qeyd olunur ki, Suriyanın şimalında 7 terrorçu məhv edilib.

Eyni zamanda, İraqın şimalında Türkiyə ordusu və Milli Kəşfiyyat Təşkilatı ilə birgə keçirilən əməliyyat zamanı daha 3 terrorçu zərərsizləşdirilib.