Türkiyə ordusu Suriya və İraqda 4 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında və Suriyada 4 PKK
terrorçusunu zərərsizləşdirib.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Milli Müdafiə
Nazirliyindən bildiriblər.

Məlumata əsasən, İraqın şimalında “Pəncə Şimşək” əməliyyatı
zonasında 3 PKK terrorçusu məhv edilib.

Daha 1 PKK-YPG terrorçusu isə Suriyada “Sülh çeşməsi” əməliyyatı
zonasında zərərsizləşdrilib.