Türkiyə ordusu İraqın şimalında terrorçuları zərərsizləşdirib

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında antiterror əməliyyatı keçirib.

Trend-in Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən məlumatına görə, şimali İraqdakı Zap və Avaşin bölgələrində PKK terror təşkilatının mövqelərinə aviazərbələr endirilib.

Əməliyyat nəticəsində azı 5 nəfərin zərərsizləşdirildiyi deyilir.


Milli Müdafiə Nazirliyinin məlumatında qeyd olunur ki, bölgədə antiterror əməliyyatları davam etdirilir.