Türkiyə ordusu İraqın şimalında 9 terrorçunu zərərsizləşdirib

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyə Silahlı Qüvvələri Milli İstihbarat Təşkilatı (MİT) ilə birgə İraqın şimalında antiterror əməliyyatı keçirib.

Trend-in məlumatına görə, əməliyyat nəticəsində PKK/KCK terror təşkilatına mənsub 9 terrorçu zərərsizləşdirilib.

Türkiyə ordusu sərhəddən 35 kilometr məsafədə əməliyyat keçirib.

Eyni zamanda, Suriyanın şimalında Türkiyə hərbçilərinin keçirdiyi əməliyyat nəticəsində 8 terrorçu zərərsizləşdirilib.