Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror
təşkilatının 14 silahlısını zərərsizləşdirib.
Trend xəbər
verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat
yayıb.
Qeyd olunur ki, yaraqlılar İraqın 3 bölgəsində aprelin 18-dən
davam edən “Pençe-Kilit” əməliyyatı zonasında məhv edilib.
Qurum Türkiyə Silahlı Qüvvələrinin bölgədə terror təhlükəsini
aradan qaldırmağa davam edəcəyini vurğulayıb.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib
ki, PKK döyüşçülərinin Türkiyədə ilk cinayət törətdiyi 1984-cü
ildən minlərlə Türkiyə təhlükəsizlik qüvvələrinin əməkdaşı və mülki
şəxs öldürülüb.
ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına
salıb.