Türkiyə ordusu bu il “Gökdoğan”ı qəbul edir

Türkiyə ordusu bu il “Gökdoğan”ı qəbul edir

Türkiyə yerli istehsal olan “Gökdoğan” hava-hava raketlərini sınaqdan keçirib.

AzerTimes xəbər verir ki, bu barədə səhifəsində Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir Tvitter səhifəsində yazıb.

İdarə olunan aviasiya raketi Türkiyə Elmi və Texniki Araşdırmalar Şurası (TÜBİTAK) və Müdafiə Sənayesi Araşdırma İnstitutunun (SAGE) mütəxəssislərinin birgə fəaliyyəti ilə hazırlanıb.

“Göktuğ” layihəsi çərçivəsində “Gökdoğan” raketinin sınaqları davam edir. “Gökdoğan” raketinin radiolokasiya avtomatik tuşlama başlığı ilə buraxılış həyata keçirilib. Yerli raketlər “Gökdoğan” və “Bozdoğan” bu il Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına keçəcək”, – deyə İ.Dəmir bildirib.

Teqlər: