Türkiyə ordusu bir gündə 50 terrorçu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri Suryiyanın şimalında son sutka ərzində
50 PKK terrorçusunu zərərsizləşdirib.

Trend-in
məlumatına görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi
bildirib.

Qeyd olunub ki, ötən gün silahlı qruplaşmalar Türkiyə ordusunun “Fərat qalxanı” antiterror əməliyyat bölgəsinə hücum edib. Hücum
nəticəsində bir türk hərbçi həlak olub.

Buna cavab olaraq Türkiyə hərbçilərinin başladığı genişmiqyaslı
əməliyyatda 50 nəfər zərərsizləşdirilib.

Bölgədə antiterror əməliyyatları davam etdirilir.