Türkiyə ordusu 6 şəhid verdi: Səfirliyimizdən reaksiya…

Türkiyə ordusu 6 şəhid verdi: Səfirliyimizdən reaksiya…

Azərbaycanın Ankaradakı səfirliyi Türkiyə hərbçilərinə qarşı terror hücumunu şiddətlə qınayıb.

AzerTimes xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin X hesabında paylaşım edilib.

“İraqın şimalında xain terror hücumu nəticəsində şəhid olan qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin. Onların ailələrinə və yaxınlarına səbr diləyirik. Terroru şiddətlə qınayırıq”, – paylaşımda bildirilib.

Qeyd edək ki, İraqın şimalında terrorçuların hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisi şəhid olub.

Teqlər: