Türkiyə ordusu 3 şəhidinin qisasını alıb, 12 terrorçu məhv edilib

Türkiyə Silahlı Qüvvələri Akçakale sərhəd xəttində PKK terrorçularına qarşı əməliyyat keçirib.

Trend xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, 3 hərbi qulluqçunun şəhid olduğundan sonra atəş dəstək qrupları PKK/YPG terrorçularının mövqelərinə aramsız zərbələr endirib. İlkin məlumata görə, 12 terrorçu zərərsizləşdirilib.

Əməliyyatların davam etdiyi vurğulanır.

Teqlər: