Türkiyə NATO-ya inanmır – KİV

Türkiyə NATO-ya inanmır – KİV

Türkiyə ölkəyə hücum olacağı təqdirdə NATO-nun onu müdafiə edəcəyinə şübhə edir.

AzerTimes xəbər verir ki, bunu Stiven Kuk “Foreign Policy” jurnalındakı məqaləsində yazıb.

“Müşahidələrimə əsasən deyə bilərəm ki, avropalıların PKK-ya münasibəti və ABŞ-ın Suriyada YPG-yə dəstəyi fonunda heç bir türk Türkiyəyə hücum ediləcəyi təqdirdə NATO-nun onu müdafiə edəcəyinə inanmır”, – o qeyd edib.

Kukun sözlərinə görə, Türkiyə ilə NATO arasındakı münasibətlərdəki soyuqluq həm də Ankaranın Rusiyanın Ukraynaya qarşı təcavüzünü pisləməkdə iştirak etmək istəməməsi ilə əlaqələndirilir:

“Türkiyə ictimaiyyəti Ukraynadakı hazırkı münaqişədə əsasən NATO-nu günahlandırır və bu, alyansa inamsızlığı göstərir”.

Teqlər: