İlham Əliyev zirvə toplantısında iştirak edəcək

İlham Əliyev zirvə toplantısında iştirak edəcək

Bu gün Türkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı ölkələrin dövlət başçılarının VI sammiti keçiriləcək.

AzerTimes xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında iştirak edəcək.

İclasda Xəzər regionunda əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə olunacaq. Eyni zamanda sammit çərçivəsində dövlət başçılarının ikitərəfli görüşləri nəzərdə tutulub.

Xatırladaq ki, ötən gün Aşqabadda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü olub.

Teqlər: