Türkiyə NATO təlimlərində iştirakdan imtina edib

Türkiyə Yunanıstanda keçiriləcək NATO hərbi təlimlərində
iştirakdan imtina edib.

Trend-in
məlumatına görə, bu barədə Türkiyə KİV-ləri yazır.

Qeyd olunur ki, “Tiger Meet” təlimlərinin texniki reqlamenti
hazırlanarkən Yunanıstan tərəfi Türkiyəyə qarşı yönəlib, Egey
dənizi üzərində hava sərhədləri ilə bağlı dəyişikliklər tətbiq
edib.

Buna cavab olaraq Türkiyə Hərbi Hava Qüvvələri təlimlərdə
iştirak etməmək qərarı alıb.

“Tiger Meet” təlimləri mayın 9-dan 20-dək Yunanəstandan
keçiriləcək.